EN

Zaxarova: Zelenskinin müsahibəsi neonasizm və terrorun qarışığıdır– ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Vladimir Zelenskinin amerikalı jurnalist Leks Fridmana verdiyi üç saatlıq müsahibə "neonasizm və terrorizmin şeytani qarışığıdır".

"Neonasizm, terrorizm və narkotik sayıqlamalarının şeytani qarışığıdır", - deyə Zaxarova öz "Telegram" kanalında yazıb.

Zaxarova əlavə edib ki, Zelenskinin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa "başqalarının pullarını silah müqabilində təklif etməsi" Kiyev rejiminin anglosaksonlarla dərin köklü korrupsiya əlaqələrindən xəbər verir.

"Onun Trampa başqalarının pullarını silah qarşılığında təklif etməsi, Zelenskinin anglosaksonlarla uzun müddətdir davam edən korrupsiya əlaqələrinin olduğunu və bu münasibətlərin ABŞ prezidenti Co Bayden tərəfindən dəstəkləndiyini göstərir", - deyə diplomat vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
35
olaylar.az

1Sources