EN

"Petkim"in 15 əsas istehsal müəssisəsinin maksimum istehsal gücü məlum olub

İstanbul. Trend:

"Petkim" Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimyamüəssisəsidir. "Petkim" 48 ölkəyə ixracat həyata keçirir.

Trend xəbərverir ki, bunu SOCAR Türkiyə Emal və neft-kimya biznes vahidininrəhbəri Kənan Mirzəyev SOCAR Türkiyə və qrup şirkətlərinə dairhesabat xarakterli mətbuat konfransında deyib.

K.Mirzəyev bildirib ki, "Petkim"in 15 əsas istehsal müəssisəsi3,6 milyon ton maksimum istehsal gücünə malikdir və burada 60-ayaxın müxtəlif növ məhsul istehsal olunur:

"Petkim" Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacınıntəxminən 10,8%-ni qarşılayır. İşçilərin sayı 2 446 nəfərdir.Podratçılar da daxil olmaqla ümumi məşğulluq 5 000 nəfərdənçoxdur", - o bildirib.

O qeyd edib ki, "Petkim" 2020-ci ildə Dünya İqtisadi Forumunun(WEF) “Global Lighthouse Network” platformasıma seçilib.

"2022-ci ilin sonunda Petkim 6,5 milyard TL ilə 58 illiktarixinin xalis mənfəət rekordunu qırıb. 2023-cü ildə "Petkim"TİM-in (Türkiyə İxracatçılar Məclisi) “Ən Yaxşı 1000 İxracatçı”siyahısında 40-cı yeri tutub. Bərpa olunan enerji potensialındansəmərəli istifadə məqsədilə 2017-ci ildə 51 meqavat gücündə“Petkim" Külək Elektrik Stansiyası” (KES) istifadəyə verilib."Petkim" 2023-cü ildə Egey Zonası Sənaye Palatasının (EBSO) “100 ƏnBöyük Şirkət” siyahısında üçüncü yeri tutub. Egey İxracatçılarıBirliklərinin (EIB) "2023 İxracatın Ulduzları" siyahısına görə"Petkim" həm ümumi, həm də kimya kateqoriyasında birinci olub."Petkim", İstanbul Sənaye Palatasının (İSO) hazırladığı "Türkiyənin500 Ən Böyük Sənaye Müəssisəsi 2023" siyahısında istehsaldan satışagörə 35,9 milyardlıq satışla 30-cu sırada yer alıb. "Petkim",Türkiyənin ən böyük 500 şirkətinin sıralandığı “FORTUNE 500 Türkiyə2023” araşdırmasında 36-cı yeri tutub. Capital jurnalının hər ilnəşr etdiyi və Türkiyənin ən böyük şirkətlərini siyahıya alan“Capital 500” siyahısında Petkim 2023-cü ildə 48-ci yerdəqərarlaşıb", - o bildirib.

Məqalədə:
Chosen
68
3
az.trend.az

10Sources