EN

Papa Fransiskdən tənqid: “Onlar daha gülərüz olmalıdır” – ÖZƏL

Roma Papası Fransisk Müqəddəs Yekaterina Siena İttifaqının missioner məktəbinin rahibələrini üz ifadələrinə görə tənqid edib. 

Olaylar.az xəbər verir ki, bu barədə The Times qəzeti məlumat yayıb.

"Bəzən həyatda sirkə dadında üz ifadəsi olan rahibələr görmüşəm və bu, heç də dostyana görünmür," - deyə Papa Fransisk vurğulayıb.

Onun sözlərinə görə, narazı üz ifadələri insanları dindən uzaqlaşdıra bilər. Buna görə də rahibələr daha mehriban davranış nümayiş etdirməlidirlər.

Xatırladaq ki, daha əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Papa Fransiski ad günü münasibətilə təbrik etmiş və onunla şəxsi görüş keçirmək təşəbbüsünü irəli sürmüşdü. Lukaşenko bu görüşün Minsk və Vatikan arasındakı əlaqələri möhkəmləndirəcəyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
63
olaylar.az

1Sources