Kolumbiya millisinin futbolçusu Xames Rodriges hazırkı klubu "Rayo Valyekano"nu tərk etməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu haqda tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
O, 33 yaşlı yarımmüdafiəçinin ispanlarla müqaviləni qarşılıqlı razılaşma ilə ləğv etməsi üçün klubu ilə danıqlar apardığını yazıb. O da bildirilib ki, Xames karyerasını Meksikanın "Amerika" komandasında davam etdirmək istəyir.
Qeyd edək ki, Xames "Rayo Valyekano"ya bu mövsümün əvvəli - 2024-cü ilin avqustun 25-də keçib. Onun müqaviləsi bu ilin iyunun 30-da başa çatır.
Beləliklə, Xames ispan klubunu indi tərk edərsə, onun buradakı karyerası heç 5 ay da çəkməyəcək.
Qeyd edək ki, Rodriges bu movsüm "Rayo Valyekano" ilə bütün turnirlərdə cəmi 7 oyunda iştirak edib, 1 qolun ötürməsini edib.