EN

Avtomobili insanların üzərinə sürən Cabbarla bağlı yeni detallar: bu ölkələrə...

FTB Luiziana ştatının Yeni Orlean şəhərində avtomobili izdihamın üzərinə sürən şəxsin 2024-cü ilin iyununda Misir və Kanadaya getdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, ABŞ-da Federal Təhqiqatlar Bürosunun (FTB) xüsusi agenti Lyonel Myrthil Yeni Orlean hücumu ilə bağlı mətbuat konfransı keçirib.

Myrthil bildirib ki, Şəmsud Din Cabbar hücumu həyata keçirərkən ağıllı eynək növündən istifadə edib:

“Təcavüzkarın 2024-cü ilin iyununda Misirə, oradan da Kanadaya getdiyi müəyyən edilib və onun səfərlərinin məqsədi araşdırılır. Hazırda bütün sübutların Cabbarın təkbaşına hərəkət etdiyini göstərir”.

Chosen
31
publika.az

1Sources