EN

Bakıda insident törədən idmançılarla bağlı iclas keçiriləcək

"Azərbaycan Kikboksinq Federasiyası baş vermiş xoşagəlməz hadisəni şiddətlə qınayır. Baş verənlərin kikboksinq idman növünə ləkə olduğunu və ümumiyyətlə idman sferasında yolverilməz olduğunu bildirir".

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyasının sosial şəbəkə hesabındakı paylaşımda bildirilib.

"Məsələ ilə bağlı 07.01.2025-ci il tarixində federasiyanın iclası gözlənilir. İstintaqın gedişatına uyğun olaraq Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi tərəfindən uyğun qərar veriləcəkdir", - deyə paylaşımda qeyd olunub.

Chosen
51
1
unikal.az

10Sources