EN

Rusiya qazının dayandırılması Aİ-də enerji qiymətlərində dəyişikliyə səbəb olmayıb

Rusiya qazının dayandırılması Aİ-də enerji qiymətlərində dəyişikliyə səbəb olmayıb

Rusiya qazının Ukrayna üzərindən nəqlinin dayandırılmasından sonra Avropa İttifaqında elektrik enerjisinin qiymətlərində dəyişiklik müşahidə edilməyib.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa İtkonen Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, qurum vəziyyəti diqqətlə izləyir. Anna-Kaisa İtkonen jurnalistlərin mövzu ilə bağlı sualını cavablandırarkən deyib: “Biz yeni ildə qiymət sıçrayışları görmədik, bazar stabil olaraq qalır". Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqaviləni ləğv etməyə hazırlaşan fövqəladə qrup yaradıb. "Qazla bağlı Fövqəladə Hallar Qrupu ötən həftə hesabat hazırlamaq üçün bir araya gəldi. Onlar Aİ-nin enerji təhlükəsizliyi ilə bağlı heç bir narahatlığın olmadığı qənaətindədirlər", - İtkonen əlavə edib.O, Rusiya Federasiyasından qaz tədarükü ilə bağlı müqavilənin dekabrın 31-dən sonra dayandırıldığını təsdiqləyib. "Bu, gözlənildiyi kimi baş verdi. Biz bu ssenariyə hazırlaşmaq üçün bir il ərzində Aİ ölkələri və Ukrayna ilə intensiv işləmişik", - deyə AK sözçüsü bildirib.

Chosen
42
50
afn.az

10Sources