EN

Samuxda Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri ilə görüş keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 6-da Yeni Azərbaycan Partiyası Samux rayonu  üzrə seçki qərargahında  Samux rayonu üzrə namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri ilə  növbəti görüş keçirilib.

YAP Samux rayonu üzrə seçki qərargahının  sədri Gündüz Bayramov çıxış edərək YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlər barədə danışıb.

Gündüz Bayramov ölkəmizin dünya arenasındakı yeri, partiyamızın yarandığı şərait, dövlətimizin mənafeyinin qorunması istiqamətində görülən işlər, bələdiyyə üzvlərinin, bələdiyyə üzvlüyünə namizədlərin hüquq və vəzifələri, bələdiyyə qanunları barədə daha geniş və ətraflı məlumat verib. Bildirib ki, YAP regionun ən böyük partiyasıdır. O, bu seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə uğurlar arzu edib və qeyd edib ki, bu bələdiyyə seçkiləri də əvvəlkilər kimi daha mütəşəkkil, daha demokratik ruhda başa çatacaqdır.

Namizədlikləri Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş bələdiyyə namizədləri çıxış edərək göstərilən etimada görə öz təşəkkürlərini bildirmiş və partiyanın qələbəsinə əminliklərini ifadə etmişlər.

Sonda Gündüz Bayramov namizədlərlə bağlı fikirlərini, eləcə də qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini bildirib.

                                                                                                                                                                                           

Chosen
26
35
yeniazerbaycan.com

10Sources