Kanadanın Nyufaundlend və Labrador əyalətlərini vuran tufan küləkləri səbəbindən 8 mindən çox ev təsərrüfatı və obyekt işıqsız qalıb. AFN.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.Kanada Milli Hava Bürosundan verilən xəbərə görə, küləyin sürəti bəzi yerlərdə 28 m/s-ə çatıb. Pis hava şəraiti leysan yağışlarla da müşayiət olunur. Ölən və yaralananlar barədə məlumat verilmir.