EN

Azərbaycanda yeni virus xəbərdarlığı: metapnevmovirus HMPV nədir? 5 suala cavabda

Azərbaycanın Səhiyyə Nazirliyi Çində sürətlə yayılan virusla bağlı yanvarın 6-da əhaliyə müraciət edib.

Respirator və ya tənəffüs yolları ilə bağlı olan bu virusun adı metapnevmovirusdur (HMPV).

Nazirliyin açıqlamasına görə bu xəstəlik Çinlə yanaşı, Azərbaycana qonşu olan Rusiya və Qazaxıstanda da aşkarlanıb.

Azərbaycanda yayılan qızılca nədir? 7 suala cavabdaHepatit nədir və necə yayılır? 10 suala cavabda izah edirik

Bu virusa hələlik Azərbaycanda rast gəlinməsə də, qurum əhaliyə xəbərdarlıq edərək, risk qrupuna aid insanları peyvənd olunmağa çağırıb.

Bəs, ümumiyyətlə, metapnevmovirus nədir, risk qrupuna kimlər daxildir, xəstəliyin simptomları nələrdir, bu virusdan necə qoruna bilərik? BBC News Azərbaycanca bu suallara cavab tapmağa çalışıb.

Metapnevmovirus nədir?

Metapnevmovirus (Human MetaPneumoVirus – HMPV) qripəbənzər tənəffüs yolları xəstəliyidir.

HMPV infeksiyasına ilk dəfə 2001-ci ildə rast gəlinib.

Lakin son günlər Çində yaşı 14-dən aşağı olan uşaqlar arasında bu xəstəliyin sürətlə yayılması ilə HMPV yenidən gündəmə gəlib.

Bu virus adətən yüngül xəstəlik kimi qəbul olunsa da, pnevmoniya və bronxit kimi ağır nəticələrə də gətirib çıxarır.

Virus daha çox uşaqlar və immun sistemi zəif olan insanlar üçün təhlükəlidir.

Xəstəlik yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus infeksiyaları kimi adətən 7-10 gün ərzində aradan qalxır.

metapnevmovirus,

Şəklin mənbəyi, Getty Images

Chosen
64
bbc.com

1Sources