EN

Gəncədə Milad bayramı qeyd edilib - FOTO

Gəncədə yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Pravoslav təqviminə əsasən İsa peyğəmbərin doğulduğu gün - 7 yanvar ərəfəsi, yəni Milad bayramı axşamı Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub.

Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub. Pravoslavlar qeyd ediblər ki, illərdir Gəncədə bu bayramı keçirirlər və heç vaxt problemlə üzləşməyiblər.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır. Qərb bölgəsində yeganə kilsə olan Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsi isə 1887-ci ildə inşa edilib. Gəncə şəhərində təxminən 200-dən artıq pravoslav ailə yaşayır.

Gəncədə Gəncədə Gəncədə Gəncədə Gəncədə
Chosen
27
5
apa.az

10Sources