EN

Quş qripindən ilk ölüm halı qeydə alındı - ABŞ-də

H5N1 tipli quş qripindən ilk ölüm halı ABŞ-nin Luiziana ştatında qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə yerli səhiyyə departamentinin mətbuat xidməti məlumat yayıb.

"Xəstənin yaşı 65-dən yuxarı idi. O, həyətyanı quş sürüsü və çöl quşları ilə təmasda olduqdan sonra H5N1 virusuna yoluxub", - məlumatda deyilir.

Şöbə aydınlaşdırdı ki, bu, ştatda təcrid olunmuş yoluxma halı olsa da, əhali üçün risk aşağı olaraq qalır.

Chosen
55
2
unikal.az

3Sources