Konsertində qeyri-qanuni mərc oyunlarını reklam etdiyi üçün barəsində istintaq başladılan türkiyəli fenomen Kerimcan Durmaz saxlanılıb.
Söz.az "haberler.com"-a istinadən xəbər verir ki, o, qeyri-qanuni mərc reklamları ilə bağlı iddialardan sonra evində saxlanılıb.
Məlumata görə, qeyri-qanuni mərc saytının reklamı üçün təşkil edilən konsertdə Durmazın da səhnəyə çıxdığı üzə bəlli olub.
Sözügedən görüntülərdən sonra İstanbul Respublika Prokurorluğu Kerimcan Durmaz haqqında istintaq başladıb.