EN

BAKIDA MƏŞHUR İDMANÇILAR MAYORA GECƏYARISI HÜCUM ÇƏKİBLƏR: "Kikboksyorlar beşbarmaqla..." - Açıqlamalar (FOTOLAR, YENİLƏNİB)

Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlərin soyuq silahdan istifadə etdiyi bəlli olub. 

Mia.az xəbər verir ki, bu bardə Oxu.Az-a açıqlamasında Fuad Zeynalov özü məlumat verib.

"Mənə hücum edən şəxslərin hər birinin əlində beşbarmaq olub. Avtomobilimi də əziblər. Vurulan yerlər yumruq yeri deyil. Dəyən hər zərbənin yerində kəsik xəsarətləri var. Bu gün keçiriləcək iclasda qəbul ediləcək qərar mənə qətiyyən maraqlı deyil. Həmin şəxs daha öncədən işdən kənarlaşdırılmalı idi. Bu hadisələr baş verdikdən sonra yox. Artıq qəbul ediləcək qərar bəllidir ki, o, federasiyadakı bütün vəzifələrindən uzaqlaşdırılacaq. Bu cür harınlamış insanların federasiyada qalması doğru deyil. Baş verən hadisənin isə mənim işimə heç bir aidiyyəti yoxdur. Mən öz işimə qaldığım yerdən davam edirəm", - deyə F.Zeynalov bildirib.

Ötən gün DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılan, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov iki vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

“Hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur. Bu adamla aramızda uzun müddət soyuq münasibətlər olub. Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuşdu. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib”.

Mia.az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.

O, ötən gün Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov adlı idmançılar tərəfindən hücuma məruz qalmasından danışıb, Ramal Aslanovun da saxlanıldığını əlavə edib: “Bundan əvvəl başqa adamlarla birlikdə üzərimizə hücum çəkmişdi.Amma sonra federasiya rəhbərliyi ilə birgə görüşümüzdə razılaşdıq ki, gərginliyi aradan qaldıracağıq. Amma görünür ki, o, sözündə durmadı. Ramal Aslanov hazırda 48 saatlıq saxlanılıb”.

Ramal Aslanov federasiya rəhbəri Adil Əliyevlə

“Təxminən saat 01:00 olardı. Xətaidə yerləşən “Yaban” restoranından çıxıb maşınıma gedirdim. Birdən üstümə 4-5 nəfər hücum çəkdi. Özümü müdafiə etməyə çalışdım. Elə sürətli şəkildə oldu ki, hücum edənlərin kimliyini bilmədim. Ancaq hadisə kameraya düşüb. Polis onları müəyyənləşdirib saxlaya bildi. Özüm xəsarət aldım və başıma tikiş qoyuldu. Mənə hücum edən şəxslərdən yalnız Elnur Həmidovu tanıyıram. Qalanların isə tanımıram. Kamerada da görünür ki, o, adını çəkdiyim restoranın qarşısında uzun müddət gözləyib. Daha sonra mən ordan çıxanda üzərimə hücum çəkiblər. İndi onlar polis tərəfindən saxlanılıb və sabah məhkəməyə çıxacaqlar”.

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.

Mia.az DİN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.

İdmançılar arasında yaşanan insidentlə bağlı daha bir nəfər saxlanılıb.

Mia.az xəbər verir ki, həmin şəxs kikboksçu Musa Əhmədovdur.

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.

Fotoda Ramal Aslanov

Chosen
53
12
mia.az

10Sources