EN

Mirabdulla Abbasov yenidən “Səbail”də

Azərbaycan Premyer Liqasının cari mövsümündə uğursuz çıxış edən “Səbail”in hücumçusu Mirabdulla Abbasov yenidən paytaxt klubuna qayıdıb.

Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildrilir ki, “Səbail” daha bir oyunçunun keçidini rəsmiləşdirib. 29 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Bu, “Səbail”in qış fasiləsində ikinci transferi olub. Bayıl qəsəbəsinin komandası ötən gün serbiyalı mərkəz müdafiəçisi Marko Nikoliçlə 1,5 illik müqavilə imzalamışdı.

Xatırladaq ki, Mirabdulla Abbasov 2019/2020 və 2022/2023 mövsümlərində də “Səbail”də çıxış edib. O, 2023-cü ilin yayında paytaxt klubundan ayrılandan sonra “İrəvan”a keçsə də, qısa müddət sonra bu komandanı da tərk etmiş və işsiz qalmışdı. Abbasov təxminən bir ildir futbolsuz idi.

Mirabdulla Abbasov 2022-ci ilin sentyabrında “Neftçi”dən azad agent kimi ayrılaraq “Səbail”lə müqavilə imzalamışdı. O, 2022/2023 mövsümündə bu komandanın heyətində 21 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Mirabdullanın “Səbail” karyerası bütövlükdə 34 oyun, 7 qol və 4 assistdən ibarətdir. 28 yaşlı futbolçu daha öncə “Neftçi”, “Sumqayıt” və “Dauqavpils”də də çıxış edib. Mirabdulla Azərbaycan milli komandasında da 4 oyun keçirib.

Chosen
56
arena.az

1Sources