EN

Serjio Konseysao İtalya Super Kubokundakı zəfərdən danışdı

“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya Super Kubokunun finalında “İnter” üzərində əzmkar qələbəni şərh edib.

Arena.az məlumat verir ki, “rossoneri” şərti qonaq qismində meydana çıxdığı bu oyunda 0:2 hesabından geri-dönüş edərək, 90+3-cü dəqiqədə vurduğu qolla əzəli rəqibi “neradzurri” üzərində 3:2 hesablı qələbəni bayram edib.

Serjio Konseysao matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Mən oyunçularım üçün çox şadam, çünki bu, asan deyildi. Mən bura gələndə ab-hava heç də yaxşı deyildi, bu iki oyundan əvvəl təfərrüat üzərində çalışmağa vaxtım az idi, rəqiblərimiz isə yüksək səviyyəli komandalar idi.

Oyunçularım sehr etdilər, müzakirə etdiyimiz hər bir xüsusu mənimsədilər. Əlbəttə, yaxşılaşdırmalı olduğumuz xüsuslar da var, amma onlar bunu başa düşürlər. Hiss edirəm ki, təvazökarlıqla, UEFA Çempionlar Liqasında, A Seriyasında birlikdə gözəl aylar keçirə bilərik və “Milan”ı layiq olduğu yerə qaytara bilərik”, – “Football Italia” nəşri portuqal mütəxəssisdən sitat gətirir.

“Milan” 8-ci dəfə İtaliya Super Kubokunun qalibi olub. “Rossoneri” həmçinin 5 dəfə yarışın gümüş mükafatçısı olub. Yeri gəlmişkən, “İnter” də ey nəticələrə malikdir.

İtaliya Super Kuboku ən çox “Yuventus” qazanıb – 9 dəfə, “byankoneri” həmçinin 8 dəfə gümüş medalçı, 1 dəfə isə yarımfinalçı olub.

Chosen
21
arena.az

1Sources