EN

Gəncədə Rus pravoslav kilsəsində Milad bayramı qeyd edilib

Gəncə, 7 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Bu gün pravoslav xristianları İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhərində yerləşən Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edilib.

Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyublar.

Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, yanvarın 6-dan 7-nə keçən gecə İsa Məsihin dünyaya gəlməsinin şərəfinə qeyd olunur.

 

 

Chosen
33
8
azertag.az

10Sources