Almaniyanın Rimbax şəhərində naməlum şəxs bankda olan müştərini girov götürüb.
Azpost.info bildirir ki, bu barədə görüntülər yayılıb.
Soyğunçu bıçaqla silahlanıb – videoda onu qadının boğazına tutub saxladığı görünür. Polis və xüsusi təyinatlılar əraziyə gəlib. Həmin şəxsin tələbləri məlum deyil.
Son məlumata görə, hücum edən şəxs saxlanılıb, girov xəsarət almayıb.