EN

Fransanın qatı-sağçı partiyasının təsisçisi Jan-Mari Le Pen vəfat edib

Bakı. Trend:

Fransada “Milli cəbhə” (hazırda “Milli Birlik” adını daşıyır)partiyasının təsisçisi sayılan Jan-Mari Le Pen 96 yaşında vəfatedib.

Trend xəbər verirki, bu barədə AFP siyasətçinin ailəsinə istinadla məlumatyayıb.

Le Penin yerli vaxtla 12:00 (Bakı vaxtı ilə 15:00) ailəsininətrafında həyatdan köçdüyü deyilir.

Qeyd olunur ki, Le Pen bir həftə əvvəl müalicə almaq üçüngətirildiyi Qarş kommunasının xəstəxanasında vəfat edib. Onunhal-hazırda Fransa parlamentində “Milli Birlik” fraksiyasınabaşçılıq edən qızı Marin Le Pen atasının vəfatı günündə FransanınMayotta əyalətində səfərdə olub. Bir qədər əvvəl onun səfər zamanıdəniz qəzasına düşdüyü barədə xəbər yayılmışdı. Le Pen arxipelaqınadaları istiqamətində hərəkət edən barjanın göyərtəsində olub.Həmin barja əks istiqamətində hərəkət edən başqa bir barja ilətoqquşub. Le Penin qəzadan xəsarətsiz ayrıldığı deyilir.

Məqalədə:
Chosen
50
az.trend.az

1Sources