Bakı Poladəritmə Zavodunun atmosferə buraxdığı tüstü sakinlərin ciddi narazılığına səbəb olub.
Bununla bağlı hakimiyyet.az-a şikayət ünvanlanıb.
Şikayətçi bildirib ki, zavoddan havaya buraxılan qara tüstü şəhərin atmosferini zəhərləyir:
"Küləkli havada vəziyyət daha da pisləşir, nəfəs almaq belə çətinləşir. Uşaqlar və yaşlılar xüsusilə əziyyət çəkirlər".
Əzizə İsmayılova