EN

Səhiyyə Nazirliyindən bu şəxslərə metapnevmovirusla bağlı ÇAĞIRIŞ

Bakı. Trend:

Risk qrupuna daxil olan şəxslərdə qripəbənzər əlamətlər varsa,xəstələndiyi ilk gündən həkimə müraciət etməlidirlər ki, xəstəlikdəfəsad yaranarsa, vaxtında aşkar olunsun və adekvat tədbirlərgörülsün.

Bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,həkim-infeksionist Təyyar Eyvazov deyib.

O bildirib ki, insan metapnevmovirusu yeni virus deyil. Bu virusillərdir ki, mövcuddur. Sadəcə olaraq soyuqla əlaqədar müxtəlifölkələrdə vaxtaşırı olaraq müxtəlif səviyyəli xəstəliklər törədəbilər:

"Bu virus kəskin reseptor virus infeksiyalarından biridir vəhazırda elmə bu cür 200-ə qədər virus məlumdur. İnfeksiyanın gedişibir o qədər ağır deyil. İmmun sistemi normal olan insanlar buxəstəliyi yüngül keçirir və qısa müddət ərzində sağalır.

Əgər virusa yoluxan şəxsin immun sistemində bir qüsur varsa vəya həmin şəxs infeksiyanın fəsadlaşmasının risk qrupuna daxildirsə,xəstəlik gedişatında xoşagəlməz fəsadlar ola bilər. Körpələr,uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan insanlar risk qrupunadaxil olan şəxslərdir.

Ona görə də risk qrupuna daxil olan şəxslər diqqətliolmalıdırlar. Onlarda qripəbənzər əlamətlər varsa, xəstələndiyi ilkgündən həkimə müracət etməlidirlər ki, xəstəlikdə fəsad yaranarsa,vaxtında aşkar olunsun və adekvat tədbirlər görülsün. Sağlam əhaliqrupunda isə bu viruslar heç bir problem törədən deyil və 7-10 günərzində fəsadsız ötüşür".

Həkim vurğulayıb ki, koronavirus pandemiyası dövründə əhaliyətövsiyə edilən tədbirlər bu virus zamanı da keçərlidir vəyoluxmanın qarşısının alınmasına səbəb ola bilər.

"Metapnevmovirus üçün xüsusi peyvənd hazırlanmayıb. Yalnız qripəqarşı peyvənd etdirməklə biz özümüzü qripdən qorumuş oluruq. Nəzərəalmaq lazımdır ki, qrip infeksiyası ilə müqayisədə metapnevmovirusdaha yüngül keçir və daha az fəsadlaşır.

Hava-damcı infeksiyaları üçün sərhəd yoxdur, yəni buinfeksiyalar ölkədən-ölkəyə, insandan-insana yayıla bilər. Hələ qışayları qabaqdadır və bu dövrdə bu tip infeksiyanın Azərbaycanagələcəyi istisna olunmur. Lakin nəzərə alsaq ki, böyük əksəriyyətdəbu, yüngül keçir, ağırlaşma yaratmır, hesab edirəm ki, mətbuatdayaranmış ajiotajın heç bir elmi əsası yoxdur. Sadəcə olaraqinsanlar bu dövrdə qeyd etdiyimiz qaydalara əməl etməklə virusdanqoruna bilərlər", - deyə o əlavə edib.

Chosen
31
10
az.trend.az

10Sources