EN

Azərbaycan Kikboksinq Federasiyası DSX mayoru və Ramal Aslanovla bağlı qərar verdi

Bu gün Azərbaycan Kikboksinq Federasiyasında (AKF) qurumun I vitse-prezidenti Ramal Aslanov və məşqçi Elnur Həmidov arasında yaşanan xoşagəlməz insidentlə bağlı iclas keçirilib.

Bu barədə Publika.az-aqurumun rəhbəri Orxan Əliyev məlumat verib. O, toplantıda baş vermiş xoşagəlməz hadisə ilə bağlı federasiya tərəfindən qərarlar verildiyini bidirib.

Belə ki, Ramal Aslanov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Eyni zamanda Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv edilib.

Fuad Zeynalovun Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilib.

Elşən Abdulrəhimov isə federasiyanın icraçı direktoru vəzifəsinə təyin olunub.

Chosen
25
1
publika.az

2Sources