EN

Rusiyadan uçan daha bir təyyarə qəza enişi etdi...

Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburqdan Səmərqəndə uçan 173 sərnişini olan " Boeing 737” təyyarəsi stabilizatorun nasazlığı səbəbindən Moskvanın Vnukovo hava limanına məcburi eniş edib . 

Hafta.az xəbər verir ki, bu haqda Vesti.ru məlumat yayıb.

İndi ekspertlər “Utair” aviaşirkətinə məxsus təyyarəni tədqiq etməlidirlər.

Xatırladaq ki, az əvvəl Özbəkistanın "Qanot Sharq" aviaşirkəti yanvarın 20-dən martın 6-dək Moskva və Sankt-Peterburqa uçuşların sayını azaldacağı haqda da xəbərlər yayılıb.

Onu da qeyd edək ki, 25 dekabrda Aktaudakı "Embraer 190" AZAL təyyarəsinin qəzasından sonra bir sıra xarici aviaşirkətlər Rusiyaya uçuşları dayandırıb. Bunlar arasında AZAL (Bakından Rusiyanın 10 şəhərinə uçuşları ləğv edib), "Qazaq Air" (Astana - Yekaterinburq), "El Al" (Təl-Əviv - Moskva), "Flydubai" (Dubay - Soçi və Minvody) və Türkmən Hava Yolları (Aşqabaddan Moskvaya) yer alır.

Chosen
61
hafta.az

1Sources