EN

Sərnişin relslərin üstünə yıxıldı - Qatarların hərəkəti dayandı+Yenilənib

Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb.

Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

***

“Ulduz” stansiyasında hadisə saat 21:30 radələrində baş verib.

Sərnişinlər dərhal qatardan düşürülüb və yüksək gərginlik bərpa edildikdən sonra qatar “Nərimanov” stansiyasından elektrik deposuna yola salınıb.

Yaşıl və Qırmızı xətlər üzrə 17 dəqiqə yubanma qeydə alınıb.

İlkin tibbi yardım göstərildikdən sonra sərnişin tibb müəssisəsinə aparılıb.

Aidiyyəti üzrə müvafiq araşdırmalar davam etdirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 07.01.2025-ci il tarixində saat 21:50 radələrində “Ulduz” metrostansiyasından çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər şəxs (kişi cinsli) açıq kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

Chosen
33
5
qafqazinfo.az

10Sources