EN

Bakıda metrosunda insident - Xəsarət alan var

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 07.01.2025-ci il tarixində saat 21:50 radələrində “Ulduz” metrostansiyasından çağırış daxil olub.

Bu barədə Modern.az-a TƏBİB-dən bildirilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

***

22:14

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər şəxs (kişi cinsli) açıq kəllə-beyin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.

 

Bu gün axşam saatlarında Bakı Metropoliteninin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.

 

İlkin məlumata əsasən, hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.

 

Stansiyada dərhal təhlükəsizlik tədbirləri həyata keçirilib, təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

 

Hadisə nəticəsində hərəkət cədvəlində müəyyən gecikmələr yaranıb. Müvafiq araşdırmalar aparılır, ətraflı məlumat təqdim ediləcək.

 

"Sərnişinlərdən təhlükəsizlik qaydalarına riayət etmələri və platformalarda hərəkət zamanı diqqətli olmaları xahiş olunur", - açıqlamada bildirilir.

Chosen
55
31
modern.az

10Sources