EN

Bakıda tapılan 10000 manat sahibinə QAYTARILDI

10000 manat itirən vətəndaş məlumatı mətbuatda oxuduqdan sonra polis əməkdaşlarına idman arenasında yaxınlaşıb. 

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

“Həmin vəsait tam həcmdə aktlaşdırılaraq Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən sahibinə qaytarılıb. Həmin pul vəsaiti bir neçə şəxsin əməkhaqqı məvacibi olub. Jurnalist həmkarlarıma təşəkkür edirəm”, - paylaşımda qeyd edilib.


Bizim.Media

Chosen
50
9
bizim.media

10Sources