Futbol üzrə Türkiyə Kubokunda qrup mərhələsinin birinci turunun oyunlarına start verilib.
90deqiqe.Az xəbər verir ki, A qrupunda “Ankaragücü” doğma meydanda “İsgəndərun”la üz-üzə gəlib. Görüş heç-heçə edib - 1:1.
“Fatih Karagümrük” isə doğma meydanda “Rizəspor”a minimal hesabla qalib gəlib.
D qrupunda “Beşiktaş” səfərdə “Sivasspor”un qonağı olub. Bu görüşdə də İstanbul təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edib.
“Antalyaspor” isə “Kocaelispor”la üz-üzə gəlib. Bu görüşdə də ev sahibləri 3:1 hesabı ilə qalib gəlib.