EN

Kerimcan Durmaz saxlanıldı

Türkiyədə qanunsuz mərc əməliyyatları çərçivəsində sosial media fenomeni və DJ Kerimcan Durmaz haqqında istintaq nəticəsində həbs qərarı çıxarılıb.

Bildirilib ki, Durmaz qanunsuz qumar oyunları ilə bağlı araşdırma çərçivəsində saxlanılıb. İddiaya görə, Durmaz mərc saytının reklamı üçün təşkil edilən konsertdə DJ (dicey) kimi səhnədə çıxış edib.

Əldə edilən məlumatlara görə, Durmazın telefon siqnalı ötən gecə müəyyən edilmiş bir ünvanda aşkarlanıb. Əməliyyat həyata keçirən qruplar tərəfindən Kerimcan Durmaz  saxlanılıb.

Qanunsuz mərc oyunları ilə mübarizə çərçivəsində daha əvvəl, 2024-cü ilin noyabr ayında tanınmış şəxslər Serdar Ortaç və Mehmet Ali Erbil də saxlanılmış və məhkəmə qarşısına çıxarılmışdılar. Kerimcan Durmazla bağlı istintaq prosesi davam edir və ona qarşı irəli sürülən ittihamların detalları yaxın günlərdə dəqiqləşəcəyi gözlənilir.

Qeyd edilir ki, qanunsuz mərc oyunlarına qarşı əməliyyatlar qətiyyətlə davam edir və məşhur şəxslər də bu çərçivədə diqqət mərkəzində saxlanılır.

Lalə Qüdrətova
Milli.Az

Chosen
51
8
milli.az

10Sources