EN

Tramp Maska Starmeri ifşa etməyə niyə icazə verir?

Ağ Evin yeni seçilmiş prezidenti Donald Tramp məşhur amerikalı iş adamı İlon Maskın Britaniyanın baş naziri Kir Starmerə hücumlarını dəstəkləyib. Hansı ki, Mask Kirin Telforddakı kütləvi zorlama işində əlinin olduğu iddia edir. 

Bunu Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov bildirib.

"Onun (Kirin-red.) reputasiyasının qalıqları Faraj-Mask tandeminin zərbələri altında dağılır.  Bu hekayə artıq gizlənə bilməz.  Tramp da Maska mane olmur, yəni onu dəstəkləyir"-siyasətçi özünün Telegram kanalında qeyd edib.

Parlamentarinin fikrincə, Tramp Maskın Böyük Britaniya rəhbərliyinə təzyiq göstərməsinə icazə verir. Çünki o, Böyük Britaniyanın baş naziri vəzifəsinə başqasının gəlməsini təmin etmək istəyir.

Tural

Chosen
21
news365.az

1Sources