EN

Rusiyada uşaqların xaricə satılması ilə bağlı iş üzrə yoxlamalara başlanılıb

Rusiyada

Rusiyanın doqquz regionunda 1993-2000-ci illər ərzində uşaqların xaricə qanunsuz çıxarılması ilə bağlı yoxlamalara başlanılıb. Bu barədə kp.ru nəşri məlumat yayıb.İstintaq zamanı xüsusi diqqət "Arkobaleno" adlı beynəlxalq agentliyə yönəldilib. Bu agentlik həmin dövrdə Rusiyadan olan uşaqların xarici ailələrə yerləşdirilməsi ilə məşğul olub. Rus və İtaliya vətəndaşlığına sahib olan Nadejda Fratti, istintaqın əsas versiyalarından birinə görə, uşaqların satışı üzrə cinayət sxeminin təşkilatçısı olub. İddialara əsasən, hər bir uşaq üçün Fratti təxminən 2,5 min dollar məbləğində ödəniş alırmiş.Bundan əlavə, uşaqların ötürülməsində iştirak etdiyinə görə, uşaq evlərinin əməkdaşları və təhsil idarələrinin nümayəndələri də şübhəli qismində dindirilib. Onların bu qanunsuz əməliyyatlarda iştirak edərək uşaqların xarici ailələrə qeyri-leqal verilməsinə kömək etdiyi ehtimal edilir.Bu faktlar istintaqı daha da genişləndirib və bu işin arxasında duran daha geniş cinayət şəbəkəsinin ola biləcəyi düşünülür. Hüquq-mühafizə orqanları bu cür halların baş verməsinin qarşısını almaq üçün ciddi tədbirlər görməyi planlaşdırır, eyni zamanda, məsul şəxslərin cəzalandırılacağı gözlənilir. Uşaqların hüquqlarının qorunması və bu cür qanunsuz fəaliyyətlərin dayandırılması üçün əlavə hüquqi və inzibati mexanizmlərin tətbiq edilməsi ilə bağlı ictimaiyyət arasında geniş müzakirələr gedir.Səidə Mustafa

Diqqət Çəkənlər

Mash: Səudiyyə Ərəbistanında güclü sel baş verib

WSJ: İran, Əsədin gedişindən sonra öz qüvvələrinin əsas hissəsini Suriyadan çıxarib

WSJ: Maskın açıqlamaları Aİ ölkələrinin liderləri arasında əsaslı narahatlıq yaradıb

Chosen
13
ulusum.az

1Sources