EN

Saxalinə uçan təyyarədə texniki problem yaşanıb

Rusiyada Yujno-Saxalinsk-Yujno-Kurilsk reysi ilə uçan təyyarə texniki səbəblərdən uçuş hava limanına qayıdıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu məlumat verib.

"Çexov adına Yujno-Saxalinsk Beynəlxalq Hava Limanında Yujno-Saxalinsk-Yujno-Kurilsk reysini həyata keçirən DHC-8 sərnişin təyyarəsi texniki səbəblərdən uçuş hava limanına qayıdıb. Eniş uğurla həyata keçirilib. Təyyarədə 68 sərnişin olub", - prokurorluqdan bildirilib.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Chosen
29
10
report.az

10Sources