Dünən axşam saatlarında metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişin 18 yaşlı oğlan olub.
News24.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü oğlan Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
“Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.