EN

Kubada hərbi anbarda partlayış: 13 əsgər itkin düşdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Kubada hərbi ləvazimatların olduğu anbarda partlayış baş verib.
Oxu.Az-ın "Sondakika.com"a istinadən xəbərinə görə, bu barədə Kuba İnqilabçı Silahlı Qüvvələr Nazirliyindən açıqlama verilib.
Bildirilir ki, Holguin əyalətinin Melones bölgəsində hərbi ləvazimatların saxlandığı anbar naməlum səbəbdən partlayıb.
İlkin məlumatlara görə, partlayışdan sonra 13 əsgərdən xəbər yoxdur. Bölgəyə çox sayda axtarış-xilasetmə qrupu göndərilib.
Səlahiyyətlilər itkin düşən hərbçilərin ailələrinə məlumat verildiyini və Silahlı Qüvvələrin məsələnin həllinə maksimum diqqət yetirdiyini vurğulayıblar.
Holguin Regional Müdafiə Şurası və Silahlı Qüvvələr Nazirliyi tərəfindən görülən tədbirlər çərçivəsində hadisə yerinə yaxın ərazilərdə yaşayan 500-ə yaxın insan ehtiyat tədbiri olaraq təxliyə edilib.
Chosen
43
50
oxu.az

10Sources