EN

Türkiyə Çinə başsağlığı verdi

Türkiyənin Xarici İşlər Nazirliyi Çinin Tibet Muxtar Bölgəsində baş verən zəlzələdə həyatını itirənlərə əlaqədar başsağlığı verib.
Nazirliyin yaydığı bəyanatda Çinin Tibet Muxtar Bölgəsində baş verən zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə, Çin hökumətinə və xalqına başsağlığı verilib, xəsarət alanlara şəfa dilənib.
Qeyd edək ki, Tibet Muxtar Bölgəsində baş verən 6,8 bal gücündəki zəlzələ nəticəsində 126 nəfər həyatını itirib, 188 nəfər isə yaralanıb. Yerli vaxtla saat 09:05-də, 10 kilometr dərinlikdə baş verən zəlzələ zamanı 1000-dən çox tikili ciddi ziyan görüb. Zəlzələdən sonra Çin Zəlzələ İdarəsi bölgəyə xilasedici qruplar göndərib.



Chosen
33
trt.net.tr

1Sources