EN

Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında demarkasiya komissiyalarının görüşü keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə hökumətlərarası komissiyasının iclası keçiriləcək, lakin dəqiq tarix məlum deyil".
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə bəyanatın mətni Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi tərəfindən dərc edilib.
Xatırladaq ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yanvarın yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, bu ay delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır:
"Bildiyim kimi, bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır".
Chosen
26
50
oxu.az

10Sources