EN

Azərbaycanın üç gəmisinin girov götürülməsi ilə bağlı XİN-dən açıqlama

Bakı. Trend:

7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.”şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismarolunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMSPəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalıistiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinəsəfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində EritreyaDövlətinin ərazi sularına məcburi giriş edib.

XİN-dən Trend-əverilən məlumata görə, keçid zamanı Eritreya Dövlətinin limanqurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkünolmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdansonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişinicazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adlarıqeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər AzərbaycanRespublikasının vətəndaşlarıdır.

Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü iltarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdansonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələnəzarətə götürülüb.

Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazisularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkiletmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ DemokratikRespublikasında və Rusiya Federasiyasındakı səfirliklərimizvasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb.Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərindəmüvafiq görüşlər keçirilib.

Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə dəzəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiqiş davam etdirilir.

Chosen
26
34
az.trend.az

10Sources