EN

"Metapnevmovirusun Azərbaycanda olması real və mümkündür" - Həkim

"Pnevma virus ailəsinə aid olan metapnevmovirusun Azərbaycanda olması ilə bağlı rəsmi məlumat olmasa da, bunun ölkəmizdə olması real və mümkündür".

Bunu "Unikal"a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib. O bildirib ki, biz qloballaşan dünyanın tərkib hissəsiyik:

"Amma bunu faciəyə çevirməkdən, panika yaratmaqdan daha çox çalışmalıyıq ki, COVID-19 pandemiyası kimi prosesi yaşayan insanlar olaraq bu vərdişlərdən yenə də istifadə edək. Mümkün qədər yoluxmayaq, yoluxdurmayaq. Bu, bizim əsas devizimiz olmalıdır. Bunun üçün maska taxmalı, əllərin gigiyenasına fikir verməli, məsafə gözləmək lazımdır. Xəstələndiyi halda yataq rejiminə keçmək, bol maye qəbul etmək, sağalana qədər işə çıxmamaq vacibdir. Bu qaydalara riayət etsək, həm yoluxan az olar, həm də özümüz yoluxmarıq. Biz hansısa xəstəliyə yoluxanda bilmirik ki, bu qripdir, metapnevmovirus və ya COVID-19-un Omikron ştamının mutasiya variantıdır. Amma onun müalicəsinə demək olar ki, bir-birinə yaxın üsullarla mübarizə aparırıq. Spesifik müalicə yoxdur. Müalicə immun sisteminə dəstəkdən ibarətdir".

Anar Kəlbiyev

Chosen
45
1
unikal.az

2Sources