EN

Mirzоyan: "İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İrəvan və Bakı 2024-cü ildə münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb".
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzоyan ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Ötən il Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində əhəmiyyətli irəliləyiş qeydə alınıb. Biz delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında ilk beynəlxalq-hüquqi sənədi imzalaya bildik", - A.Mirzоyan vurğulayıb.
A.Mirzoyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında delimitasiya işlərinin davam etdirilməsi barədə razılıq var:
"Yanvarda iki ölkənin baş nazirlərinin müavinlərinin iştirakı ilə delimitasiya komissiyalarının görüşü barədə razılıq var".
XİN başçısı həmçinin deyib ki, İrəvan sülh sazişi layihəsi üzrə növbəti təkliflərə Bakının cavabını gözləyir:
"Sazişin 17 bəndindən 15-i üzrə razılıq var".
Chosen
33
50
oxu.az

10Sources