EN

Bu ölkədə məşhur restoranlar bağlandı

Dünyaca məşhur \"Brands\" şirkəti qida standartlarına cavab verməməsi səbəbindən Türkiyədəki xeyli \"KFC\" və \"Pizza Hut\" restoranları ilə françayzinq müqaviləsini ləğv edib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu isə o deməkdir ki, bu ölkədə adıçəkilən restoranların fəaliyyətinə uzunmüddətli ara veriləcək.
 
Xitam müqaviləsi Türkiyədəki 283 \"KFC\" və 254 \"Pizza Hut\" restoranını əhatə edir və şirkətin bu restoranları müvəqqəti bağlaması ehtimal edilir.
 
\"Səriştəli, kapitallaşdırılmış və öhdəlik götürmüş 3C françayzinq tərəfdaşlarına malik olmaq bizim biznesimiz üçün çox vacibdir. Biz tərəfdaşlarımızdan müştərilərimiz üçün yüksək keyfiyyətli təcrübə təqdim etmələrini gözləyirik, çünki biz hər gün onlara uğur üçün lazım olan dəstək və alətləri təqdim etməyə çalışırıq\" - deyə sözügedən şirkətdən rəsmi açıqlama verilib.
 
Mikayıl

Chosen
14
azxeber.com

1Sources