Meksikanın mərkəzindəki Hidalqo ştatının Santyaqo de Anaya bələdiyyəsində atəşfəşanlıq materialları anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb. Bu barədə yerli "Heraldo de Mexico" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, ölənlər arasında bir azyaşlı da var. Daha iki nəfər yaralanıb. Hazırda polis hadisənin səbəblərini araşdırır.
Mətləb