EN

İran Təhlükəsizlik Şurasının katibi Bakıdan İrəvana uçacaq

İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian bu gün Ermənistana səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Armenpress məlumat yayıb.

Ermənistan Respublikası Təhlükəsizlik Şurası katibinin mətbuat məsələləri üzrə köməkçisi Tatevik Petrosyan Armenpress-ə bildirib ki, Əli Əkbər Əhmədian yanvarın 9-da Ermənistan rəsmiləri ilə görüşəcək.

Qeyd edək ki, yanvarın 8-də Əli Əkbər Əhmədian Azərbaycana səfərə gəlib. Əhmədian Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

Chosen
16
1
operativmedia.az

2Sources