EN

Metapnevmovirusla bağlı ÜST-dən AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris bildirib ki, müxtəlif ölkələrdə mikoplazma pnevmoniyasının yayılması təhlükə yaratmır.

AzPost xəbər verir ki, xəstəlik ilk dəfə 2001-ci ildə aşkarlanıb və uzun müddətdir ki, mütəxəssislərə məlumdur. Virusun simptomları soyuqdəyməyə bənzəyir və ölüm nisbəti çox aşağıdır.

Qeyd edək ki, Çindən sonra Ukrayna, Böyük Britaniya və Qazaxıstanda metapnevmovirus epidemiyası başlayıb. Azərbaycan Səhiyyə Nazirliyi bildirib ki, dünyada metapnevmovirusa yoluxma hallarının artması ilə bağlı vəziyyət izlənilir və nəzarətdə saxlanılır.

Chosen
16
azpost.info

1Sources