Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın bank sektorunda 908 milyon manat xalis mənfəət əldə edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz çoxdur.
Azərbaycan Mərkəzi Bankından XQ-yə verilən məlumata görə, 10 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 948,7 milyon manat, əməliyyat xərcləri isə 2 milyard 536,9 milyon manat təşkil edib. Bu göstəricilər üzrə artım isə əvvəlki ilin eyni dövrünü müvafiq olaraq 24,1 faiz və 25,3 faiz üstələyib. Hesabat dövründə bank sektorunun xüsusi ehtiyatlara ayırmaları 268,4 milyon manat, gözlənilməz gəlirləri 2,6 milyon manat, mənfəət vergisi ödəmələri isə 237,8 milyon manat olub.
Bu ilin əvvəlindən banklar tərəfindən, ümumilikdə, 2 milyard 37,8 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34 faiz və ya 59,8 milyon manat çoxdur.
Qeyd edək ki, 31 oktyabr 2023-cü il tarixində ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 46 milyard 146,6 milyon manat, cəmi öhdəlikləri 40 milyard 233 milyon manat, balans kapitalı 5 milyard 913,6 milyon manat təşkil edib. Oktyabr ayında bankların cəmi aktivləri və сəmi öhdəlikləri müvafiq olaraq 1,4 faiz və 1,8 faiz artıb.
XQ