EN

Çindəki güclü zəlzələdən sonra 500-dən çox afterşok qeydə alınıb

Çinin Tibet bölgəsində baş verən zəlzələdən sonra 500-dən çox afterşok qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bu barədəÇin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat yayıb.

Episentri Şiqatse əyalətinin Tinqri rayonu olan zəlzələ bölgəsində dünəndən bəri 4,4 bal gücündə 500-dən çox afterşok baş verib.

Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Tibet Muxtar Vilayətində baş verən 6,8 maqnitudalı zəlzələnəticəsində 126 ölüb.

Şəbnəm Mehdizadə
Chosen
31
e-huquq.az

1Sources