EN

Ziraat Bank Azərbaycan 10-cu ilini qeyd edir

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir, bankın 10 illiyi ilə bağlı Türkiyə Respublikasının rəsmi xəbər agentliyi olan Anadolu Agentliyi və TRT AVAZ kanalının müxbirlərinə müsahibə verib. Müsahibə zamanı o, Ziraat Bank Azərbaycanın ölkə bankları arasında ilk 10-luqda daimi yer almağı əsas hədəflərindən biri kimi vurğulayıb.

Dr. Selçuk Demir öz müsahibəsində bankın Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində təqdim edilmiş lisenziya əsasında fəaliyyətə başladığını bildirib. Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri, bankın 10 il ərzində gördüyü işlər və gələcək məqsədləri haqqında danışıb. O, bankın yaradıldığı gündən etibarən Azərbaycanın ticarət, istehsal, kənd təsərrüfatı və digər stratejı sahələrinə dəstək verdiyini, bu gün isə artıq  bütün müştəri seqmentlərinə xidmət göstərə biləcək səviyyəyə çatdığını vurğulayıb. Bankın əsas hədəflərindən birinin korporativ, kiçik və orta sahibkarlıq, mikro və fərdi müştəri seqmetlərinin Ziraat Bank Azərbaycanın təqdim etdiyi imkanlardan faydalanmasını təmin etmək olduğu bildirilib.

 Dr. Selçuk Demir, Ziraat Bank Azərbaycanın, dünyanın 19 ölkəsində və 125 nöqtəsində geniş xidmət şəbəkəsinə malik olan Ziraat Maliyyə Qrupunun bir üzvü olduğunu xatırladıb. O, qeyd edib ki, bankın əsas səhmdarı olan T.C. Ziraat Bankasının 100-dən artıq müxbir şəbəkəsi və xidmət nöqtələrindən istifadə edərək, Azərbaycanın iş adamlarının dünya ilə ticarətində mühüm töhfələr verməkdədirlər. Bunun sübutu olaraq 2022 və 2023-cü illərdə ardıcıl olaraq iki dəfə bank, Azərbaycanın “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” mükafatına layiq görüldüyünü qeyd edilib. Ziraat Bank Azərbaycan xarici ticarət sahəsində məhsul çeşidliliyini artıraraq, yüksək xidmət keyfiyyəti və sürətli əməliyyatları ilə bu sahədəki uğurunu daha da möhkəmləndirməyi hədəfləyib. Bankın stratejı prioritetlərindən birinin Azərbaycanın Türkiyə və digər ölkələrlə həyata keçirdiyi xarici ticarətdə iştirak payının artırılması və xidmət keyfiyyətini hərtərəfli inkişaf etdirilməsi olduğu Dr. Selçuk Demir tərəfindən vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
16
9
banco.az

9Sources