EN

Ziraat Bank Azərbaycan 10-cu ilini qeyd edir

Bakı. Trend:

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir,bankın 10 illiyi ilə bağlı Türkiyə Respublikasının rəsmi xəbəragentliyi olan Anadolu Agentliyi və TRT AVAZ kanalının müxbirlərinəmüsahibə verib. Müsahibə zamanı o, Ziraat Bank Azərbaycanın ölkəbankları arasında ilk 10-luqda daimi yer almağı əsas hədəflərindənbiri kimi vurğulayıb.

Dr. Selçuk Demir öz müsahibəsində bankın Azərbaycan RespublikasıMərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində təqdimedilmiş lisenziya əsasında fəaliyyətə başladığını bildirib. ZiraatBank Azərbaycanın İdarə Heyətinin sədri, bankın 10 il ərzindəgördüyü işlər və gələcək məqsədləri haqqında danışıb. O, bankınyaradıldığı gündən etibarən Azərbaycanın ticarət, istehsal, kəndtəsərrüfatı və digər stratejı sahələrinə dəstək verdiyini, bu günisə artıq bütün müştəri seqmentlərinə xidmət göstərə biləcəksəviyyəyə çatdığını vurğulayıb. Bankın əsas hədəflərindən birininkorporativ, kiçik və orta sahibkarlıq, mikro və fərdi müştəriseqmetlərinin Ziraat Bank Azərbaycanın təqdim etdiyi imkanlardanfaydalanmasını təmin etmək olduğu bildirilib.

Dr. Selçuk Demir, Ziraat Bank Azərbaycanın, dünyanın 19ölkəsində və 125 nöqtəsində geniş xidmət şəbəkəsinə malik olanZiraat Maliyyə Qrupunun bir üzvü olduğunu xatırladıb. O, qeyd edibki, bankın əsas səhmdarı olan T.C. Ziraat Bankasının 100-dən artıqmüxbir şəbəkəsi və xidmət nöqtələrindən istifadə edərək,Azərbaycanın iş adamlarının dünya ilə ticarətində mühüm töhfələrverməkdədirlər. Bunun sübutu olaraq 2022 və 2023-cü illərdə ardıcılolaraq iki dəfə bank, Azərbaycanın “İlin ən yaxşı xarici ticarətxidmətini təqdim edən bank” mükafatına layiq görüldüyünü qeydedilib. Ziraat Bank Azərbaycan xarici ticarət sahəsində məhsulçeşidliliyini artıraraq, yüksək xidmət keyfiyyəti və sürətliəməliyyatları ilə bu sahədəki uğurunu daha da möhkəmləndirməyihədəfləyib. Bankın stratejı prioritetlərindən birinin AzərbaycanınTürkiyə və digər ölkələrlə həyata keçirdiyi xarici ticarətdəiştirak payının artırılması və xidmət keyfiyyətini hərtərəfliinkişaf etdirilməsi olduğu Dr. Selçuk Demir tərəfindənvurğulanıb.

Ziraat Bank Azərbaycanın xidmət şəbəkəsi haqqında danışan Dr.Selçuk Demir, filial sayını 11-ə çatdırmağı planlaşdırdıqlarınıqeyd edib. O bildirib ki, hazırda bank Bakı, Gəncə və Sumqayıtşəhərlərində ümumilikdə 9 filialla xidmət göstərir. “Yaxın günlərdəNaxçıvan və Neftçilər filiallarımızı müştərilərimizin istifadəsinətəqdim edəcəyik və beləliklə, bu il ərzində filial sayımızı 11-əçatdıracağıq. Bununla yanaşı, rəqəmsal xidmət nöqtələrini dəyaradırıq. Onlardan birincisini Qubada açacağıq,” deyə bankın sədriməlumat verib.

Müsahibəsində insan resurslarının inkişafına toxunan Demir,Ziraat Bank Azərbaycan əməkdaşlarının T.C. Ziraat BankasınınBankçılıq Məktəbində təhsil almalarını təmin etdiklərinivurğulayıb.

Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri açıqlamanınsonunda alavə edib: "Azərbaycan bankları arasında ilk 10-luqdadaimi yer almaq istəyirik. Biz müştərilərimizin ehtiyaclarınıqarşılamaqla yanaşı Azərbaycanın iqtisadi inkişafına dəstəkgöstərməyə davam edəcəyik, Türkiyə ilə Azərbaycan arasındakıticarətdə iş adamlarının investisiya və kommersiya fəaliyyətlərinəvasitəçilik etmək üçün əlimizdən gələni edirik. Texnoloqiyasınıinkişaf etdirən və infrastrukturunu gücləndirən bir bank olaraq,Ziraat Bank Azərbaycan yoluna davam edir".

Müsahibədənvideoçarx

Anadolu Ajans

Ziraat
Chosen
7
9
az.trend.az

9Sources