EN

Avropa yeni pandemiyaya hazırlaşır?

Hazırda Avropada metapnevmovirusun yayılması səbəbindən baş verə biləcək yeni pandemiyaya hazırlığa ehtiyac yoxdur. 

Demokrat.az
xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) nümayəndəsi Eva Qrntsirova deyib.

O bildirib ki, Çindəki vəziyyətdən xəbərdardırlar bu yaxın həftələrdə məsələ səhiyyə komitəsində də müzakirə ediləcək.

 Avropa İttifaqında aşkarlanmış metapnevmovirus hadisələri ilə bağlı məlumatlar açıqlanmayıb.

Qeyd edək ki, COVID-19 pandemiyasından beş il sonra Çində yeni bir epidemiya, metapnevmovirus aşkarlanıb. Xəstəlik yüngül keçsə də, immuniteti zəifləmiş xəstələrdə pnevmoniyaya çevrilərək ölümlə nəticələnə bilir.

Əfsanə Kamal
Demokrat.az



Chosen
19
demokrat.az

1Sources