Xulen Lopeteqi “Vest Hem”in baş məşqçisi vəzifəsindən uzaqlaşdırıllb.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“2024/25 mövsümünün ilk yarısı klubun ambisiyalarına cavab vermədi və klub məqsədlərinə uyğun hərəkət etdi”, – açıqlamada deyilir.
İspan mütəxəssislə yanaşı, Pablo Sanz və Lopeteqinin daha dörd köməkçisi London klubundan ayrılıb.