EN

Blinken Türkiyənin Suriyada PKK-ya qarşı mümkün hərbi əməliyyatından danışıb

ABŞ Türkiyənin Suriyada Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı əməliyyat keçirməsini istəməz.

Oxu24.com  xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“Biz bunun baş verməməsi üçün çox çalışdıq. Biz bunu davam etdirəcəyik, əminəm ki, yeni administrasiya da bunu edəcək”, - o, Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə birgə mətbuat konfransında deyib.

Yanvarın 7-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı Kürdüstan Fəhlə Partiyasının üzvlərinə ultimatum verilməsindən danışıb. Onun sözlərinə görə, respublika hakimiyyəti PKK təmsilçilərindən silahlarını yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan lazım gələrsə, B planına əl atacağı ilə bağlı xəbərdarlıq edib.

Bundan əvvəl Türkiyə Suriyanın “parçalanmasının” qarşısını alacağına söz vermişdi.

 

Miri

 

Chosen
33
1
oxu24.com

10Sources