EN

Siqaret çəkməyə qadağa qoyulub

Belçikanın fransızdilli Vallon bölgəsində yerləşən Fleurus şəhərində "gənclərin sağlamlığını qorumaq" məqsədilə müəyyən ictimai yerlərdə tütün məmulatlarının istifadəsi qadağan edilib.

"Cebheinfo.az" xəbər verir ki, Belçikada fransızca yayımlanan RTL media orqanının xəbərinə görə, Fleurus şəhərindəki parklar, uşaq meydançaları, məktəblər, uşaq bağçaları və qocalar evləri ətrafında gəncləri zərərli təsirlərdən qorumaq üçün siqaret və elektron siqaretlərdən istifadə qadağan edilib. 

Yeni qərara əsasən, məktəb, körpələr evi və qocalar evlərinin giriş-çıxışlarına 10 metr məsafədə siqaret və elektron siqaret çəkmək qadağandır.

Digər tərəfdən, qadağanın pozulmasına qarşı heç bir cəza elan edilməyib.

Chosen
5
1
cebheinfo.az

2Sources